Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
“Azərbaycan regionda etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atır”
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Tarixi səfərin əhəmiyyəti: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə
15:36
462
Ədliyyə naziri Fərid Əhmədov 7 avqust tarixində Lerik rayonunda vətəndaşları qəbul edib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib.
Qəbulda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarından ümumilikdə 152 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

