19:34
532
“Son illər Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmlənməsinə, güclənməsinə mühüm töhfə verir”.
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “xalqcəbhəsi.az”a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, son dövrdə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır: “Ötən dövrdə cənab Prezident İlham Əliyev bir neçə dəfə Özbəkistanda səfərdə olub, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Azərbaycana səfərlər həyata keçirib. Bu səfərlər çərçivəsində çox vacib və əhəmiyyətli sənədlər imzalanıb”.
C.Məmmədov bildirib ki, son imzalanan sənədlər təhsil, turizm və logistika başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə verəcək: “Özbəkistan bizim üçün strateji ölkədir. Ölkə liderləri arasında çox yaxşı və səmimi münasibətlər mövcuddur. Təbii ki, qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar əlaqələrimizin daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edir”.
Deputat vurğulayıb ki, hazırkı mərhələ Azərbaycan-Özbəkistan münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından xüsusi önəm daşıyır: “Biz mövcud imkanlardan maksimum istifadə edərək əlaqələrimizin daha da inkişaf etdirilməsi, yeni istiqamətlər üzrə genişləndirilməsi və möhkəmləndirilməsi üçün çalışmalıyıq. Hesab edirəm ki, bu səfər də Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.
Günel Elxan