Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib Cəmiyyət

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

DİM-dən verilən məlumata görə, qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qeyd olunub ki, qeydiyyat üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.