Tahir Mirkişili: “Milli ideologiyanın inkişafı üçün institut yaradılmalıdır”
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Prezident: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
“Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır”
Prezident İlham Əliyev: Əminəm ki, biz gələcəkdə daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik
11:18
497
2026-cı ilin ilk yarısında Azərbaycanda nağdsız ödənişlərin həcmi 53,1 milyard manata çatıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə qeydə alınmış nağdsız ödənişlərin artım tendensiyası cari ildə də davam edir.
“2026-cı ilin altı ayının nəticələrinə əsasən, nağdsız ödənişlərin həcmi artıq 53,1 milyard manata çatıb. Bu isə ilin yekununda ötən il qeydə alınmış rekord göstəricinin yenilənəcəyini göstərir”, – deyə Z. Nuriyev qeyd edib.
ABA prezidenti bildirib ki, nağdsız ödənişlərin genişləndirilməsi ölkədə nağdsız iqtisadiyyatın inkişafı baxımından əsas prioritetlərdən biri olaraq qalır.
Onun sözlərinə görə, növbəti mərhələdə Ani Ödənişlər Sistemindən və digər rəqəmsal həllərdən istifadənin genişləndirilməsi, eləcə də açıq bankçılığın inkişafı xüsusi əhəmiyyət daşıyacaq.
“Bankların infrastrukturu və müştəri bazası ilə fintex şirkətlərinin texnoloji imkanlarının birləşdirilməsi yeni xidmətlərin daha geniş auditoriyaya çatdırılmasına kömək edəcək. Əsas gözləntimiz bu əməkdaşlığın vətəndaşlar üçün daha rahat xidmətlərə, sahibkarlar üçün isə daha sərfəli ödəniş qəbuluna çevrilməsidir”, – deyə Z. Nuriyev vurğulayıb.