Tahir Mirkişili: “Milli ideologiyanın inkişafı üçün institut yaradılmalıdır”
Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Prezident: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
“Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır”
Prezident İlham Əliyev: Əminəm ki, biz gələcəkdə daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik
11:11
469
ABŞ Prezidenti Donald Tramp Ukraynanı Amerika kəşfiyyat məlumatlarından məhrum edə və ya Ukrayna ordusunun böyük dərəcədə arxalandığı "Starlink" peyk internetinin söndürülməsi məqsədilə İlon Maska təzyiq göstərə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" avropa nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya və ABŞ arasında dizel tədarükünə dair əldə olunmuş razılaşmalar ağır qışa hazırlaşan Ukrayna üçün ən əlverişsiz məqamda uyğunlaşdırılıb. Bu vəziyyət Vladimir Zelenskini narazılığını nə dərəcədə büruzə verə biləcəyi barədə düşünməyə vadar edib. Qəzet qeyd edir ki, əgər o, müqavimət göstərməyə davam edərsə, Tramp Ukraynanın Amerika kəşfiyyat məlumatlarına çıxışını kəsə və ya Ukrayna ordusunun ciddi asılı olduğu "Starlink" peyk şəbəkəsinin söndürülməsi üçün Maska təzyiq edə bilər.
Məryəm Quliyeva