ABŞ Ukraynanı hərbi yardımı azaltmaqla hədələyib Gündəm

ABŞ Ukraynanı hərbi yardımı azaltmaqla hədələyib

ABŞ prezidentinin administrasiyası Rusiyanın neft emalı zavodlarına hücumlar dayandırılmayacağı təqdirdə Kiyevi kəşfiyyat məlumatlarının mübadiləsini və Ukraynaya silah tədarükünü azaltmaqla hədələyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Ukraynanın "Kyiv Independent" nəşri məlumat yayıb.

İki ukraynalı rəsmilərin sözlərinə görə, amerikalı həmkarları Rusiya energetika infrastrukturuna zərbə endiriləcəyi təqdirdə Vaşinqtonun məsuliyyəti Kiyevin üzərinə qoyacağını aydın şəkildə bildiriblər. "Onlar bütün ali hərbi rəhbərliyi hədələyiblər", - deyə ukraynalı rəsmilərdən biri "Kyiv Independent" nəşrinə bildirib. - "Onlar kəşfiyyat məlumatlarının mübadiləsini və PURL dəstəyini (ABŞ-dən Ukrayna üçün Avropa vəsaitləri hesabına silah satınalma proqramı) dayandıracaqlarını hər kəsə bəyan edirlər".

Digər rəsminin sözlərinə görə, Prezident Ofisi rəhbərinin hərbi məsələlərə cavabdeh olan müavini Pavel Palisa və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatıy Amerika tərəfindən zənglər alıblar.

Məryəm Quliyeva