Nyu-Yorkdan Təl-Əvivə uçan təyyarədə bomba həyəcanı yaşanıb Dünya

Nyu-Yorkdan Təl-Əvivə uçan təyyarədə bomba həyəcanı yaşanıb

İsrail Hava Limanları İdarəsi Nyu-Yorkdan Təl-Əvivin Ben-Gurion hava limanına gələn Amerikanın "Delta" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğu olması barədə məlumat alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində İsrailin "i24News" telekanalının jurnalisti Qay Azriel məlumat verib.

Müxbirin məlumatına görə, hazırda təyyarəyə baxış keçirilir. Bütün sərnişinlər və heyət üzvləri təxliyə olunub.

Məryəm Quliyeva