Çin Yaxın Şərqdə sülhün bərpasına kömək etmək niyyətindədir Dünya

Çin Yaxın Şərqdə sülhün bərpasına kömək etmək niyyətindədir

Çin hökuməti Yaxın Şərqdə sülhün bərpası üçün müvafiq tərəflərlə qarşılıqlı fəaliyyət göstərəcək.

Xalqcebhesi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ABŞ Prezidenti Donald Trampın Çin və Rusiyanın İrana kömək edəcəyinə inanmadığı barədə bəyanatını bu şəkildə şərh edib.

"Çin tərəfi artıq müvafiq məsələlər üzrə öz mövqeyini dəfələrlə bəyan edib və biz bundan sonra da Yaxın Şərqdə dinc və sabit inkişafın bərpası üçün müvafiq tərəflər və beynəlxalq ictimaiyyətlə birlikdə konstruktiv səylər göstərəcəyik", - deyə o bildirib.

Məryəm Quliyeva