Körfəz ölkələri və İran Omanda Hörmüzlə bağlı sövdələşməni müzakirə edəcəklər
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
İran və Pakistan Yaxın Şərq üzrə danışıqlara qayıdışı müzakirə ediblər
26 İyul 2022 12:42
6 769
Azərbaycan "yaşıl" enerji sahəsində institusional addımlar atan ilk ölkələrdən biri olub.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.
"Prezident İlham Əliyev bu sahədə dövlət agentliyi yaradanda az sayda ölkə regionda alternativ enerji sahəsində layihələr reallaşdırmağı planlaşdırırdı", - deyə o bildirib.
Onun sözlərinə görə, dövlət ənənəvi enerji ilə inteqrasiyanın yollarını tədqiq edib, yanaşmalar formalaşdırıb, vəsaitlər yatırıb.
"Bizə "Masdar", "Aqua Power", bp kimi xarici investorlar müraciət edəndə, onlarla predmet danışıqlar aparırıq", - nazir deyib.
M.Cabbarov qeyd edib ki, Azərbaycan bu il bərpa olunan enerji sahəsində xarici investisiyalarla məhdudlaşmamağa qərar verib.
"Bizim dövlət şirkətlərimiz, ilk növbədə SOCAR, növbəti mərhələdə müvafiq qərarların qəbul olunacağı təqdirdə "Azərenerji" bu sektora investisiya qoya bilər. Azərbaycan enerji balansında dövlət şirkətlərinin investor qismində iştirakını dəstəkləyir və təşviq edir", - deyə o bildirib.
11:04
336
10:43
392
10:06
448