Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
23 Sentyabr 2022 17:09
5 110
Bu il Azərbaycanda 7 min ton bal süzülüb.
Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, ümumilikdə ötən illərə nisbətən bal süzümü ölkəmizdə bu il artıb.
"Bal süzümünün artmasının əsas səbəblərindən biri də azad edilən torpaqlarda arıçılığın inkişaf etdirilməsidir. İşğaldan azad edilən ərazilərə bu il təxminən 20 min arı ailəsi köçürülmüşdü. Həmin ərazilərdə 300 ton bal süzülüb. Ötən illə müqayisədə bu il arı ailələrinin sayında və bal süzümündə artım var. Bizim gələcək hədəfimiz azad olunan torpaqlarda bal süzümünü 3 min tona çatdırmaqdır. Bunun üçün həmin torpaqlarda arıçılıq üçün münbit şərait var. Bu il ölkəmizdə süzülən bal daxili tələbatı artıqlamasıyla ödəyəcək. Belə ki, bizim hesablamalarımıza görə, ölkəmizin bal tələbatı 6 min tondur. Qalan min tonu isə ixraca yönəltmək olar", - deyə B.Həsrətov bildirib.
22 Sentyabr 15:07
833
22 Sentyabr 14:36
924
22 Sentyabr 14:36
805