Hərbçilərin pensiya artımı yeni qaydada hesablanacaq İqtisadiyyat

Hərbçilərin pensiya artımı yeni qaydada hesablanacaq

Hərbçilərin pensiyasının artımı yeni qaydada hesablanacaq.

Trend-in məlumatına görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakiryə çıxarılıb.

Dəyişikliyə əsasən, təminat xərcliyinə (pul təminatı) - hərbi qulluqçuların hərbixidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artimlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan diger əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır. Belə ki, pensiya hüquq əldə edən hərbi rütbəli şəxslərin əməkhaqqındakı sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xercliyinə əsasen pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiesinin yaxşılaşdırılması ilə yanaşı emək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədi ilə hər il yenidən hesablanması üçündür.

Qüvvədə olan qanuna əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.