Dövlətə məxsus səhmdar cəmiyyətlər büdcəyə 255 mln. manat dividend ödəyiblər İqtisadiyyat

Dövlətə məxsus səhmdar cəmiyyətlər büdcəyə 255 mln. manat dividend ödəyiblər

Özəlləşdirilmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 2022-ci il ərzində ödənilən dividendlər 255,3 min manat təşkil edib.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edək ki, hesabat dövründə balans üzrə əsas vəsaitlərinin dəyəri 372,5 mln. manat təşkil edən Azərbaycan Respublikasının xaricdə 66 dövlət mülkiyyəti mövcud olub.