Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
7 İyun 2023 15:01
4 305
Müstəqil ötürücü operator olan ICGB Yunanıstan-Bolqarıstan qaz boru kəməri üçün aparıcı sığorta şirkətini seçib.
Bu barədə Trend-ə çərşənbə günü şirkətdən məlumat verilib.
"DZI - General Insurance EAD" IGB-nin istismara verilmə mərhələsində qaz kəmərinin fəaliyyətinin sığortalanmasına görə cavabdehlik daşıyacaq.
Sığorta polislərinin bütün növləri üzrə ümumi sığorta ödənişi, 12 aylıq ilkin müddət başa çatmazdan əvvəl müddətin 24 ayadək uzadılması imkanı daxil olmaqla 2 650 044 avro təşkil edir.
Polis aşağıdakı riskləri əhatə edir:
- Əmlaka zərər dəyməsi ilə bağlı bütün risklər, o cümlədən texnikanın/obyektlərin sınması və istehsal fəaliyyətində fasilə;
- Ümumi məsuliyyətin sığortalanması, buraya "Məhsula görə cavabdehlik", "Çirklənməyə görə cavabdehlik" və "İşəgötürənin cavabdehliyi" daxildir;
- Terrorizm, sabotaj, tətillər, kütləvi iğtişaşlar, vətəndaş iğtişaşları və pisniyyətli hərəkətlər, o cümlədən kommersiya və əməliyyat fəaliyyətinin dayandırılması ilə əlaqədar risklər;
- "Terrorizm hadisəsi zamanı cavabdehlik", - üçüncü şəxslər qarşısında cavabdehlik.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
22 Sentyabr 15:07
875
22 Sentyabr 14:36
966
22 Sentyabr 14:36
854