Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
9 İyun 2023 09:17
3 066
AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev və “Türk Hava Yolları” aviaşirkətinin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat arasında keçirilən görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və Azərbaycan ilə Türkiyə arasında hava əlaqələrinin daha da inkişaf etdirilməsi müzakirə olunub.
“APA-Economics” xəbər verir ki, görüş İstanbulda keçirilən IATA-nın 79-cu İllik Ümumi İclası çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları arasında əməkdaşlıq məsələləri, həmçinin iki qardaş ölkə arasında marşrut şəbəkəsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Samir Rzayevin sözlərinə görə, Türkiyə Azərbaycanın aviasiya sektorunda əsas tərəfdaşlarından biridir və aviaşirkətlər arasında əməkdaşlıq hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.
Ahmet Bolat öz növbəsində uğurlu tərəfdaşlığın Azərbaycan ilə Türkiyə arasında turizm, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Hər iki tərəf əməkdaşlıq əlaqələrini daha da gücləndirməyə və mülki aviasiya sahəsində layihələrin birgə inkişafına, o cümlədən təcrübə mübadiləsinə hazır olduğunu təsdiqləyib.
22 Sentyabr 15:07
861
22 Sentyabr 14:36
952
22 Sentyabr 14:36
840