

16 Fevral 17:59
16 Fevral 17:20
15 Fevral 22:03
Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan ilə daha çox həcmdə nəql oluna bilər.
Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O, Azərbaycanın 2023-cü ildə Qazaxıstandan 2022-ci illə müqayisədə 1,5 milyon ton çox xam neft nəql etməyi planlaşdırdığını bildirib.
V. Bəylərbəyov həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri əvvəldən əlavə ötürücülük imkanı ilə inşa edilib, o cümlədən Qazaxıstandan və Mərkəzi Asiyanın digər ölkələrindən neft nəqli üçün nəzərdə tutulub.
Qazaxıstandan bu marşrutla nəql olunan cari xam neft həcmlərini nəzərdən keçirən SOCAR-ın vitse-prezidentinin müavini 2023-cü ildə ümumi həcmin ildə 2 milyon tondan artıq olmayacağını proqnozlaşdırıb.
"Lakin təklif edə biləcəyimiz imkanlar xeyli yüksəkdir və biz demək olar ki, dərhal, mühüm investisiyalar olmadan 15 milyon ton xam neftin aşırılma imkanından danışa bilərik", - V. Bəylərbəyov "S&P Global Commodity Insights"a müsahibəsində deyib.
Qeyd edək ki, "QazaqQaz" və SOCAR Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalayıb.