Sənaye müəssisələrində korporativ idarəetmə İqtisadiyyat

Sənaye müəssisələrində korporativ idarəetmə

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib. Nazirlikdən verilən məlumata görə, mükafatlandırma siyasəti mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.
Təlimdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov mükafatlandırmanın korporativ idarəetmə baxımından mahiyyəti, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə iştirakçılara məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb. Sonra "Azərsun" şirkətinin nümayəndəsi mövzu çərçivəsində şirkətin təcrübəsi barədə danışıb, müzakirələr aparılıb. Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 5 belə təlim keçirilib.