"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
7 Fevral 2025 10:12
3 815
Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə 480 mln. ABŞ dolları həcmində vəsait yönəldiləcək.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında bildirib.
"COP29 çərçivəsində imzalanan "ağıllı şəbəkənin” inkişafı ilə bağlı sazişi də qeyd etmək istərdim. SOCAR-ın ən böyük aktivlərindən biri olan qazpaylayıcı şirkəti ("Azəriqaz -red) qaz sızmalarını azaltmaq üçün süni intellektdən istifadə etməklə 480 mln. dollarlıq layihə həyata keçirəcək", - Elçin Ağakişiyev qeyd edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində SOCAR ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “Azəriqaz” İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb.
İmzalanan sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.
28 Sentyabr 18:54
665
28 Sentyabr 18:52
658
28 Sentyabr 16:44
714