Azərbaycan Mərkəzi Bankı aktivlərini 5% artırıb İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı aktivlərini 5% artırıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36 milyard 519,9 milyon manat təşkil edib.

“APA-Economics” AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvarın 1-nə nisbətən 5% və 1.7 milyard manat çoxdur.