Pezeşkiyan ABŞ-nin İrana qarşı addımlarına bəraət qazandıracaq əsas görmür Dünya

Pezeşkiyan ABŞ-nin İrana qarşı addımlarına bəraət qazandıracaq əsas görmür

ABŞ-nin İrana qarşı atdığı addımlara bəraət qazandıracaq heç bir əsası yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bəyan edib.

"Onlar (ABŞ) demokratiyadan və insan hüquqlarına əməl olunmasından danışırlar. Onların İrana qarşı addımlarına bəraət qazandıracaq heç bir səbəbi yoxdur", — deyə o, Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Məryəm Quliyeva