Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur" Dünya

Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"

İran Kolanq Qaz-La dağında uranın zənginləşdirilməsi üzrə fəaliyyət göstərmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib və qeyd edib ki, atom enerjisi üzrə beynəlxalq agentliyin (BAEA) baş direktoru Rafael Qrossi ölkənin bu mövqeyindən xəbərdardır.

"Baş direktorun öz sözləri bizim bəyanatlarımızın doğruluğunu göstərir: Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyətimiz yoxdur", — deyə o, brifinqdə bildirib.

Bəqainin sözlərinə görə, İran BAEA ilə təmasdadır, lakin hazırda İranın nüvə proqramı ilə bağlı hər hansı danışıqlardan söhbət getmir.

İslam Respublikası XİN nümayəndəsi İsmayıl Bəqai daha əvvəl bildirmişdi ki, ABŞ Prezidenti Donald Trampın İranın güman edilən yeni nüvə obyekti barədə bəyanatları əsassızdır və Vaşinqtonun nüvə fəaliyyətinin aparılmadığı Kolanq Qaz-La dağına olan diqqətinin təcavüz, dağıntı və təxribat üçün uydurulmuş bəhanədən başqa bir şey deyildir.

Məryəm Quliyeva