NATO Qara dənizdə mövqelərini güçləndirir Dünya

NATO Qara dənizdə mövqelərini güçləndirir

Səfirlər səviyyəsində Şimali Atlantika Şurası NATO-nun Qara dəniz akvatoriyasında mövqelərini möhkəmləndirmək niyyətində olduğunu elan edərək, bu məqsədlər üçün əlavə kəşfiyyat, monitorinq və PUA-ların ekspertizası vasitələrinin ayrılacağını vəd edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Alyansın nümayəndəsi Alison Hart "X" sosial şəbəkəsində yazıb.

"NATO səfirləri bu gün Şimali Atlantika Şurasının Qara dənizdəki vəziyyətə dair iclasını keçirdilər", - deyə o bildirib və görüşün "PUA təhlükəsinin" artması ilə əlaqədar təşkil olunduğunu izah edib.

"NATO bölgəyə əlavə imkanlar, o cümlədən kəşfiyyat, monitorinq və ekspertiza vasitələri göndərəcək", - deyə Hart əlavə edib.

Brüsseldəki diplomatik mənbələrin məlumatına görə, görüş Rumıniya və Bolqarıstanın təkidli tələbi ilə çağırılıb.

Məryəm Quliyeva