Mask Ukraynanın "Starshield" peyk internetini zəiflədib Dünya

Mask Ukraynanın "Starshield" peyk internetini zəiflədib

"SpaceX" şirkətinin təsisçisi İlon Mask Ukraynanın "Starshield" hərbi təyinatlı peyk rabitəsi sisteminə çıxış sürətini azaltmaq barədə sərəncam verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Mask və ABŞ Prezidenti Donald Tramp son həftələrdə Kiyevin Rusiya NEZ-lərinə (neft emalı zavodlarına) endirdiyi zərbələrdən narazılıqlarını ifadə ediblər. Keçən həftə Mask Ukrayna üçün məlumat ötürmə sürətini məhdudlaşdırıb, nəticədə Ukraynanın bir neçə zərbə və ələkeçirici PUA-sı faktiki olaraq yararsız hala düşüb. Bəzi amerikalı rəsmilərin sözlərinə görə, Mask bu qərarı müstəqil şəkildə qəbul edib və Tramp hər hansı sərəncam verməyib. Lakin nəşrin mənbələrindən biri bildirib ki, iş adamı sürəti məhdudlaşdırmazdan əvvəl Amerika administrasiyasının bir çox yüksəkrütbəli nümayəndəsi, o cümlədən onun rəhbəri ilə həmsöhbət olub.

Qəzetin qeyd etdiyi kimi, rabitə sürətinin azaldılması Kiyevdə təşvişə səbəb olub.

Məryəm Quliyeva