Fransada tələbələr noyabrda kütləvi etirazlara çağırıldı Gündəm

Fransada tələbələr noyabrda kütləvi etirazlara çağırıldı

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib.

Xalqcebhesi.az xəbər verir ki, təşkilatın "X" sosial şəbəkəsində yaydığı bəyanatda tələbələr noyabrın 3-də ali məktəbləri bloklamağa, noyabrın 5-də isə kütləvi şəkildə küçələrə çıxmağa səslənib.

Fransada etiraz hərəkatı sentyabr ayında müəllim çatışmazlığı və dərs cədvəllərinin gərginliyindən narazı olan tələbələrin çıxışları ilə başlayıb. Tələbə təşkilatları universitetlərə qəbul sisteminin islah olunmasını, dövlət ali məktəblərində yerlərin sayının artırılmasını və təqaüdlərin qaldırılmasını tələb edirlər.

Məryəm Quliyeva