İnternet Bələdiyyə Sistemi hazırlanır İqtisadiyyat

İnternet Bələdiyyə Sistemi hazırlanır

Azərbaycanda İnternet Bələdiyyə Sistemi hazırlanacaq. Artıq ilin əvvəlindən etibarən bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlanılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətindən "APA-Economics"ə ilkin mərhələ olaraq ölkə ərazisində səkkiz bələdiyyədə - Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib.
İndiki mərhələdə layihə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsini nəzərdə tutur. Vergi ödəyiciləri bu şəhadətnamələr vasitəsilə bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə edə biləcəklər.
Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamalar və s. kimi fəaliyyətini tam şəkildə avtomatlaşdırılmış şəkildə həyata keçirəcək.