Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
28 İyun 2019 15:03
2 149
“Azərbaycan əhalisinin 1/3-i gənclərdən ibarətdir. Gənclərin hərtərəfli dəstəklənməsi vacib məqamlardan biridir. Hazırda gənclərin təhsili üçün önəmli addımlar atılır. Gənclər Fondu da bu addımların sırasında gənclərə təhsil dəstəyi göstərir”.
Bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, Fond bir müddət öncə ölkə daxilində təhsil alan xüsusi istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə müsabiqə elan edib. Ötən il prezident İlham Əliyevin göstərişi ilə Fond tərəfindən 237 gəncin təhsil haqqı borcları qarşılanıb. Bu il müsabiqə yenidən davam edir: “Müsabiqə iyulun 19-dək davam edəcək. Gənclərə müraciət edirəm ki, xüsusi istedadlı ödənişli təhsil alan gənclər bu imkandan yararlansın. Fondun təhsil proqramında həyata keçirdiyi ikinci istiqamət xaricdə təhsil proqramıdır. İndiyədək xaricdə təhsillə bağlı dövlət proqramlarından minlərlə gənc yararlanıb. Bu il isə mayın 23-də Gənclər Fondu tərəfindən xaricdə təhsilin maliyyələşməsi ilə bağlı proqram elan olunub. Yüzlərlə gənc bu proqrama müraciət edib. Onların əksəriyyəti çox istedadlı, savadlı gənclərdir. Bu cür dəstək mexanizmlərinin gələcəkdə daha da artırılması nəzərdə tutulur”.
F. Cəfərov deyib ki, növbəti ildən Fond tərəfindən artıq sahibkarlıqla bağlı gənclərə dəstək göstərilməsi, onların innovativ ideyalarının güzəştli kredit şəklində maliyyələşməsi nəzərdə tutulur.
22 Sentyabr 15:07
840
22 Sentyabr 14:36
931
22 Sentyabr 14:36
812