Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
11 Dekabr 2019 16:52
2 058
Vüqar Bayramov: “İnkişaf etmiş ölkələr birmənalı şəkildə sığortadan istifadə edir”
“Biznes obiyektlərinin sığortalanması məcburi olmalıdır. Yəni icbari xarakter daşımalıdır. Praktiki olaraq son ildə baş verən yanğınlardan sonra görünən odur ki, obiyekt sahibləri sığorta məsələsində maraqlı deyillər. Baxmayaraq ki, yanğınlar, təbii fəlakətlər baş verir. Baş verdikdən sonra da bu məsələ gündəmə gəlir, müzakirə olunur. Müəyyən müddətdən sonra isə sakitlik hökm sürür”. Bu fikirləri iqtisadçı alim Vüqar Bayramov səsləndirib.
O diqqətə çatdırıb ki, qanunvericilik tələbi ilə biznes obiyektlərinin icbari sığortalanmasına ehtiyac var: “Nəzərə alsaq ki, bir tərəfdən təhlükəsizlik qaydalarının gözlənilməməsi halları var. Baş verən yanğınları qiymətləndirdikdə məlum olur ki, səbəb təhlükəsizlik qaydalarının yetərli olmamasıdır. Bütün hallarda hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq əmlakın, biznesin sığortalanmasına ehtiyac var. Bu gün Azərbaycanda bir çox şəxslər öz əmlakını sığortalamayıblar. Onlar uzun müddət ərzində qazandıqları vəsaiti bir gündə itirə bilirlər. Amma, sığortalansaydı, sığorta şirkətləri o ziyanı aradan qaldıracaqdı. Bununla bağlı hökumətə təkliflər də vermişik. Müzakirələr etmişik. Hər dəfə də mövzu aktuallaşanda fikir bildiririk”.
V üqar Bayramov bildirib ki, sahibkarları əmlakını sığorta etmələri üçün ən effektiv yolu icbari xarakter almasıdır: “İcbari sığorta tətbiq olunsa o zaman biznes sahibləri də məcburi şəkildə əmlaklarını sığorta etdirəcəklər. Anomal hadisələr baş verəndə onların bizneslərində iştirakçı olan şəxslər də zərər çəkməyəcək. Məlumatlandırma və digər kampaniyalar aparılmalıdır. Maarifləndirmə işləri də az deyil. Burada sığorta sisteminə inamın az olması da problem yarada bilər. Maarifləndirmə işləri mütamadi aparılır, müzakirə olunur. Burada məsələ ondan ibarətdir ki, əvvəl dediyim kimi icbarilik təmin olunmalıdır. Sığorta sektoruna inamın artırılması üçün də işlər görülməlidir. Bir sözlə sahibkar sığortadan istifadə etməlidir. Bunun üçün xüsusi bir praktikaya ehtiyac da yoxdur. Sığortadan istifadə etmək dəymiş ziyanın aradan qaldırılması deməkdir. Bu baxımdan da sığorta ənənəsi yaranmasına ehtiyac var. Bütün inkişaf etmiş ölkələr birmənalı şəkildə sığortadan istifadə edir”.
14 Noyabr 17:56
1 939
14 Noyabr 17:40
1 890
14 Noyabr 17:19
2 072