Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
1 Aprel 2020 11:31
2 723
“Saudi Aramko” şirkəti neft bazarında önəmli bir yerə sahibdir. Şirkətin səhmlərini satışa çıxarması potensial alıcıların da aktivləşməsinə gətirib çıxarıb”. Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli neftin qiymətinin enməsindən dolayı “Saudi Aramko” şirkətinin səhmlərini satışa çıxarması barədə yayılan məlumatları şərh edərkən deyib.
Ekspert bildirib ki, neftin qiymətinin sabit olduğu zamanda beynəlxalq reytinq agentlikləri “Saudi Aramko” şirkətinin səhmlərinin dəyərini iki trilyon dollar olaraq açıqlamışdı: “Yəni şirkətin səhmləri bundan öncə də satışa çıxarılmışdı. Təbii ki, o zaman məqsəd səhmlərin qiymətini öyrənmək və potensial alıcıları müəyyən etmək idi. Hətta kiçik hissələrin satışı da gerçəkləşmişdi. Lakin hazırda vəziyyət tam fərqlidir. Şirkət səhmlərini satışa çıxarsa da, düşünmürəm ki, böyük həcmdə satışlar olsun. Bunun əsas səbəbi isə neftin hazırkı vəziyyətinin şirkət səhmlərinə təsir etməsidir”.
N.Cəfərli “Saudi Aramko” şirkətinin səhmlərini satışa çıxarmasının neft bazarına təsirindən danışıb: “Hazırda belə bir düşüncə var ki, şirkətin səhmlərini satması neft bazarında qiymətləri daha da azalda bilər. Bu, yanlış bir yanaşmadır. Bu gün “Saudi Aramko” şirkətinin potensial alıcısı çoxdur. Bu alıcılar sırasında müxtəlif investisiya bankları, xüsusilə də Çin bankları ilk pillədə dayanır. Yəni şirkət səhmləri uğrunda rəqabət güclü ola bilər. Bu isə öz növbəsində birjalarda canlanmaya gətirib çıxara bilər”.
N.Cəfərli “Qoldman Saç” Bankının neftin dünya iqtisadiyyatında rolunu itirəcəyi ilə bağlı bəyanatına da aydınlıq gətirib: “Hazırda dünya bazarlarında ilk dəfədir ki, neftin qiymətində belə bir kəskin azalma müşahidə olunur. Neft böhranı ilə başlayan bu enmə koronavirus pandemiyası ilə ən pik həddə çatdı. Faktiki olaraq koronavirus pandemiyası post-neft dövrünə təkan vermiş oldu.
“Qoldman Saç” Bankı koronavirus pandemiyasını nəzərə alaraq, belə bir bəyanat verib. Yəni bu gün insanlar evlərində işləyir, onlayn satış və alış edir. Bu tendensiya dünyada geniş vüsət almaqdadır. Koronavirus sonrası da mövcud vəziyyətin qalacağı düşünülür”.
14 Noyabr 17:56
2 128
14 Noyabr 17:40
2 058
14 Noyabr 17:19
2 240