“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
17 İyul 2020 20:02
4 445
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında telefon danışığı olub.
Nazirlikdən verilən məlumata görə, telefon söhbətində ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğu, dövlət başçıları arasında mövcud dost münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına əlavə təkan verdiyi vurğulanıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ruhsar Pekcan ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib.
M. Cabbarov qarşılıqlı hörmətə, dostluğa, qardaşlığa əsaslanan əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar mövcuddur və həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da yüksəlməsinə, strukturunun şaxələndirilməsinə əlverişli şərait yaradacaq.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Söhbət zamanı Türkiyənin Ticarət naziri son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı təmsil etdiyi dövlətin mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini, bölgədəki bütün siyasi, diplomatik və sosial əlaqələri ilə ölkəmizin yanında olduqlarını vurğulayıb.
M.Cabbarov Türkiyə dövlətinin dəstəyini hər zamankı kimi aydın və açıq şəkildə hiss etdiklərini vurğulayaraq, Azərbaycan dövlətinin və xalqının öz düşmənlərinə qarşı ayıq-sayıq olduğunu, Ermənistanın aqressiv və işğalçı siyasətinin iflasa uğrayacağını qeyd edib, Türkiyə dövlətinin bütün müstəvilərdə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.
1 Noyabr 14:45
2 009
1 Noyabr 13:43
2 044
1 Noyabr 13:27
1 995