2015-ci olin dövlət büdcə zərfini qəbul edildi İqtisadiyyat

2015-ci olin dövlət büdcə zərfini qəbul edildi

Maliyyə naziri: "Dövlət büdcəsində zəruri məsələlərin həlli istiqamətində maliyyə ayrılması ilə bağlı layihə hazırlanıb"

Dünən Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan altı qanun layihəsi qəbul edilib. Millət vəkilləri "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını qəbul ediblər.
Maliyyə naziri Samir Şərifov büdcə zərfinin qəbulu zamanı bildirib ki, 2015-ci il dövlət büdcəsi qaldırılan bir çox məslələrin həllini əhatə edəcək. Dövlət büdcəsində zəruri məsələlərin həlli istiqamətində maliyyə ayrılması ilə bağlı layihə hazırlanıb". Onun sözlərinə görə, deputatların təklifləri də nəzərə alınaraq bir neçə sahədə əlavə vəsaitlər ayrılıb: "2015-ci il dövlət büdcəsində elm xərcləri 8 milyon artırılıb. 2015-ci ildə elm xərcləri, beləliklə, 150,5 milyon manata çatacaq. Bu da 2014-cü ilin göstəricisindən 3,6 milyon manat və ya 2,5 % çoxdur. Siaysi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı da danışmaq istəyirəm. 2014-cü ildə siyasi partiyalar ayrılan vəsaitin 10% qənaət nəticəsində 250 min manatı bölüşdürülməmiş qalmışdı. Bu məbləğ 2015-ci ildə siyasi partiyalar arasında tam şəkildə bölüşdürüləcək". Maliyyə naziri qeyd edib ki, 2014-cü il dövlət büdcəsində QHT-lərə əlavə vəsait 50 % artırılıb. Gələn il üçün isə təkliflər nəzərə alaraq 650 min manat əlavə vəsaitin artırılması qərara alınıb: "Bələdiyyələrə dotasiya ilə bağlı da təkliflər var idi. Hökümət tərəfindən təhlillər aparılıb. Bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. Onların gəlirlərinin icrası 89% olub, amma orta hesabla bunun 50-60% olduğu məlumdur. Ona görə də bələdiyyələrə dövlət büdcəsindən vəsaitlərin ayrlılması deyil, gəlirlərin artırılması digər şəraitlərin yaradılması nəzərdə tutulur. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi və icarəyə verilməsi ilə mümkün olur. Bələdiyyələr daha yaxşı imkanlar yaradılmalıdır ki, onların gəlirləri artsın. Biz hesab edirik ki, vergi məcəlləsindəki dəyişiklik imkan verəcək ki, bələdiyyələrin maddi təminatı xeyli güclənsin. Bu yeni dəyişiklik nəticəsində fiziki şəxslərin əmlak vergisindən 40 milyon manat əlavə vəsait daxil olacaq". Samir Şərifov bildirib ki, Milli Məclisin xərclər smetası ilə bağlı əlavə vəsaitin ayrılması təklifinə də baxılıb: "Milli Məclisə əlavə olaraq 450 min manat vəsaitin artırılmasına qərar verilib".
Qeyd edək ki, bununla da 2015-ci il dövlət büdcəsinin xərcləri ümumilikdə 23 milyard 807 milyon manata çatıb.

XC