“Bloomberg”dən xəbərdarlıq İqtisadiyyat

“Bloomberg”dən xəbərdarlıq

Neftin qiyməti 40 dollara düşərsə, dünya iqtisadiyyatı çökə bilər

Neftin qiyməti ucuzlaşaraq 2008-ci il maliyyə böhranında bəri ən aşağı həddə düşüb və bu proses daha da sürətlənə bilər.
"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" xəbər agentliyi dünyanın tanınmış iqtisadçılarına istinadən yazır.
Agentlik bir barelinin 40 dollardan da aşağı qiymətə enəcəyini istisna etmir. Bu halda dünyanın maliyyə sistemində böhran müşahidə oluna bilər. Bununla yanaşı, sözügedən proses bir sıra ölkələrin valyutasının düşməsinə, həmçinin müxtəlif dövlətlərin defoltuna səbəb ola bilər.
Ekspertlər hesab edir ki, bu ilin sonunda neftin qiyməti 37% ucuzlaşacaq.
Rusiya artıq ixrac neftinin gəlirlərindən əvvəlki kimi gəlir əldə edə bilməyəcək. Bu şəraitdə sanksiyaların təsiri daha çox hiss olunacaq.
OPEK-in neftin hasilatının azaltmamaq barədə qərarından İran, Nigeriya və Venesuela kimi ölkələrdən də ziyan görəcək.