Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
3 May 20:20
GReAT* komandasının mütəxəssisləri 2021-ci ildə mürəkkəb kiber təhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnozlar veriblər. Onlar APT-qruplar tərəfindən digər təcavüzkarların qurban şəbəkəsinə sızmaq üçün resurs satınalmasını əsas və ən təhlükəli tendensiyalarından biri kimi göstəriblər. Məsələn, 2020-ci ildə fidyə proqramlarının təcavüzkarların adi, yüksək dərəcədə ixtisaslaşdırılmamış zərərli proqramlardan istifadə edərək sistemdə möhkəmlənməsinə yol açan çox sayda hədəf hücumu qeydə alınıb. Əksər hallarda oğurlanmış hesab məlumatları satan Genesis kimi gizli onlayn mağazalarla onlar arasında əlaqə olduğu bildirilir. Mütəxəssislər təcavüzkarların mürəkkəb hədəf kampaniyaları üçün bu cür sxemlərdən istifadəyə davam edəcəklərinə inanır.
Şəbəkədə daha mürəkkəb kiber təhdidlərin quraşdırılmasının qarşısını almaq üçün təşkilatlara hədəfə alınmış hər bir kompyuterdəki bütün zərərli proqramı hərtərəfli yoxlamaq və cavab tədbirləri görmək tövsiyə olunur.
Əlavə olaraq, mütəxəssislər onların fikrincə gələn il üstünlük təşkil edəcək bir sıra tendensiyaları da qeyd ediblər:
“Dünya çox tez dəyişir və sabah nə baş verəcəyindən əmin olmaq mümkün deyil. Şahidi olduğumuz və təhdid mənzərəsinə təsir edən dəyişikliklərin miqdarı və mürəkkəbliyi müxtəlif ssenarilərə səbəb ola bilər. Dünyada bütün mürəkkəb kiber hücumları hərtərəfli qavrayacaq bir mütəxəssis qrupu yoxdur, amma əvvəlki təcrübəmizin də göstərdiyi kimi, bir çox mürəkkəb təhdidləri qabaqcadan görə və nəticədə onlara qarşı daha yaxşı hazırlaşa bilərik. Təcavüzkarların taktikalarını və metodlarını öyrənməyə, öyrəndiklərimizi bölüşməyə və aşkarlanan hədəf hücumlarının nəticələrini qiymətləndirməyə davam edəcəyik,”deyə Kaspersky-nin Qlobal Təhdid Araşdırmaları və Təhlili Mərkəzi rəhbərinin müavini Sergey Novikov bildirib.
GReAT komandasına görə 2021-ci ildə hansı tendensiyaların mürəkkəb hücumlar sahəsində aktual olacağı barədə daha çox məlumatı bu linkdən əldə edə bilərsiniz: https://securelist.ru/apt-predictions-for-2021/99366/
Linkə daxil olaraq Kaspersky mütəxəssislərinin 2020-ci ilə dair proqnozuna baxa bilərsiniz: https://securelist.ru/advanced-threat-predictions-for-2020/95034/.
*Global Research and Analysis Team – Kaspersky-nin araşdırma mərkəzi.
***
Əlavə məlumat və şərhlər üçün Kaspersky mətbuat xidməti ([email protected]) və ya +7 495 797 8700 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. Mətbuat xidmətinin rəsmi Telegram kanalına (@Kaspersky4media) abunə olun və bizim xəbərləri sosial şəbəkələrdə və rəsmi mənbələrdə izləyin