

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dövlətin birbaşa diqqət və qayğısının nəticəsidir ki, son 5 ildə paytaxtın avtobus parkının 40%-i yenilənib. Bildirilib ki, Prezidentin tapşırığı ilə ötən müddətdə 603 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu il üçün isə daha 115 ədəd avtobus alınıb ki, artıq onlarında 80 ədədi Bakıdadır. 9 metrlik 35 ədədi yaxın vaxtlarda gətiriləcək.
Qeyd olunur ki, köhnə və istismar müddətini başa vuran avtobuslar xətlərdən çıxarılaraq yeni, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla əvəz edilir. Tədricən şəhərin mərkəzi ilə yanaşı ətraf kənd və qəsəbələr üzrə də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətləri göstərilir Gündəlik təxminən 360 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.