Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
1 Mart 2021 13:32
3 584
Abşeronun dayaz sularında (SWAP layihəsi) birinci kəşfiyyat quyusunun qazılması üçün bütün zəruri icazələr alınıb.
Bu barədə Trend-ə BP şirkətindən bildiriblər.
Layihə çərçivəsində Abşeron yarımadasının dayaz sularında üç perspektiv sahədə kəşfiyyat quyularının qazılması planlaşdırılır. Qazma işləri birinci qurğunun qazıntısı üçün seçilmiş qazma qurğusunun modernləşdirilməsi başa çatdıqdan sonra başlayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.
Qurğunun modernləşdirilməsi işlərinin bu il martın sonu - aprelin əvvəlində başa çatdırılması planlaşdırılır.
15:07
756
14:36
833
14:36
742