8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
10 Mart 2021 09:33
1 771
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.
"APA-Ecocomics"in EIA-yə istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 770 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 40 min barel çoxdur.
Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artacaq və 820 min barel təşkil edəcək. Bu, fevralda verilən proqnozla müqayisədə 40 min barel çoxdur.
EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olub.