“Bu reallıqların nəzərdən qaçırılması nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbulediləndir”
“Azərbaycan xalqının yaşadığı tarixi ədalətsizliklər kollektiv yaddaşdan silinməməlidir”
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib
Nazir və komitə sədrlərinin 2026-cı ilin yanvar ayında keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
16 Aprel 2021 12:16
4 893
Bu ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 365,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.
Dövlət Statistika komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 32,2% azalıb. Ümumi sərmayənin 1 761,8 mln. manatı və ya 74,5%-i məhsul istehsalı sahələrinin, 398,2 mln. manatı (16,8%-i) xidmət sahələrinin, 205,2 mln. manatı (8,7%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 26%-i dövlət, 74,%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 74,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 52,1%-ni təşkil edib.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 1 597,0 mln. manat, büdcə vəsaitləri 251 mln. manat, bank kreditləri 210,4 mln. manat, əhalinin şəxsi vəsaitləri 191,3 mln. manat, sair vəsaitlər 115,5 mln. manat təşkil edib.
16:55
315
13:33
917
13:14
924