Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
16 İyun 2021 09:53
4 333
Bu ilin yanvar-may ayları üzrə Azərbaycanın kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2245,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 1769,8 mln. manatı heyvandarlıq, 475,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,9%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3%, bitkiçilik məhsulları üzrə isə 5,2% artıb.
Hesabat dövründə 387,5 min hektar sahədə və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 58,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 31,8 min hektarı dən üçün qarğıdalı), 56,0 min hektar sahədə kartof, 66,5 min hektar sahədə tərəvəz, 20,0 min hektar sahədə bostan bitkiləri, 100,5 min hektar sahədə pambıq, 10,9 min hektar sahədə dən üçün günəbaxan, 5,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 63,7 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 2,7 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
23 Dekabr 15:49
1 022
23 Dekabr 15:46
1 113
23 Dekabr 14:07
1 120
- FOTO
- FOTO