Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq
17 İyun 2021 12:44
5 096
Azərbaycan qazını Avropaya nəql edən "Cənub Qaz Dəhlizi" enerji ehtiyatlarının tək tədarükçüsündən asılılığı azaltmağa kömək etdi.
Bunu Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.
Qeyd olunub ki, ABŞ hökuməti tədarükçülərin, marşrutların və yanacaq növlərinin şaxələndirilməsi hesabına Avropanın enerji təhlükəsizliyinin strateji və iqtisadi əhəmiyyətini vurğulayır:
"Bu, bizim avropalı tərəfdaşlar və müttəfiqlərlə bölüşdüyümüz məqsəddir. "Cənub Qaz Dəhlizi" Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstanın enerji təhlükəsizliyini artırmağa və tək enerji ehtiyatları tədarükçüsündən asılılığı azaltmağa imkan verdi".