8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
20 Sentyabr 2021 19:08
4 970
2000-ci ildən 2020-ci ilədək Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar investisiya qoyulub, bunlardan 79,5 faizi xarici investisiyalardır.
Bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı investisiyalar sahəsində yaxşı dinamika müşahidə olunur: "Hər iki ölkənin dövlət başçılarının səyləri sayəsində Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi münasibətlər inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu amil, şübhəsiz ki, iqtisadiyyatın bütün sferalarında, o cümlədən, neft-qaz sahəsində geniş imkanlar açır. Azərbaycanda bu gün Rusiya kapitalı ilə mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin 2021-ci il aprelin 1-dək Azərbaycanın neft-qaz sektoruna investisiyaları 4,9 milyard dollar təşkil edib".