“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
28 Sentyabr 2021 13:21
4 578
Qarabağdan 20-yə yaxın sahibkar elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət edib.
Bunu "Azərişıq" ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.
Direktor müavini qeyd edib ki, "Azərişıq" ASC-nin yaratdığı elektron müraciətlərin idarəolunması sistemi sahibkarlara elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət etməyə imkan verir. Ötən illə müqayisədə bu il onlayn müraciətlərdə 50 faiz artım müşahidə olunur.
İ.İsazədə bildirib ki, artıq azad edilmiş ərazilərdən də sahibkarlar onlayn şəkildə “Azərişığ”a müraciət edir: “Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir. Bu, bizim üçün sevindirici haldır"
O həmçinin qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 6 yarımstansiya inşa edilir.
30 Dekabr 2025 17:05
2 016
30 Dekabr 2025 16:41
2 100
30 Dekabr 2025 16:22
2 135