24 Sentyabr 18:13
24 Sentyabr 16:44
25 May 2022 17:54
2 478
Rusiyanın strateji hədəfi Cənubi Qafqazın sabitlik və çiçəklənmə zonasına çevrilməsi, bu prosesə kömək göstərməkdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu istiqamətdə əsas məqsədlərdən biri Bakı ilə İrəvanın münasibətlərinin kompleks normallaşması, dayanıqlı sülhün qurulmasıdır. Bu baxımdan, səylərin təməlini liderlərin üçtərəfli bəyanatları təşkil edir. Bu bəyanatlar barədə dəfələrlə danışılıb və müddəalar ardıcıl icra olunur. Rusiya Bakı və İrəvandan tərəfdaşlarına bütün istiqamətlərdə, o cümlədən, nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, ictimai dialoqun və sülh dialoqunun qurulması məsələlərində hərtərəfli kömək göstərir", - M.Zaxarova deyib.
24 Sentyabr 20:27
784
24 Sentyabr 20:26
777
24 Sentyabr 20:25
777