Rusiyadan Ermənistana yeni təzyiq kartı - miqrantların geri qaytarılması ehtimalı...
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb
Lavrov və Rubio BMT Baş Assambleyası çərçivəsində görüşə başlayıblar
Suriya şimalında minanın partlaması nəticəsində üç hərbçi yaralanıb
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
30 İyun 2022 15:06
3 507
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.