Qabil Hüseynli: Britaniya hökuməti öhdəliklərini yerinə yetirməli idi Siyasət

Qabil Hüseynli: Britaniya hökuməti öhdəliklərini yerinə yetirməli idi

Böyük Britaniya hökumətinin xarici ölkələrin diplomatik nümayəndəliklərinin, o cümlədən də Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklər var.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, həmin öhdəliklər yerinə yetirilməli idi.

Politoloqun sözlərinə görə, bundan sonra da Britaniya hökuməti tərəfindən müvafiq addımlar atılmalıdır.

“London kimi bir şəhərdə belə bir hadisənin baş verməsi Böyük Britaniya üçün heç də baş ucalığı gətirmir. Xüsusilə ölkələrimiz arasında kifayət qədər normal münasibətlər var. Britaniya Azərbaycanın xarici siyasət xəttini ciddi surətdə dəstəkləyir. Güman edirəm ki, Böyük Britaniyanın hüquq-mühafizə orqanları bu məsələni çox ciddi şəkildə nəzarətdə saxlayıb araşdıracaq. Artıq 8 nəfər saxlanılıb. Böyük Britaniya belə bir qruplaşmanın kökünü qazmaq üçün konkret faktlara sahib olmalıdır. Və bu faktları topladıqdan sonra onlara qarşı ən sərt cəzaların tətbiq edilməsi lazımdır”, - Qabil Hüseynli vurğulayıb.