Tramp Rusiyanın dizel istehsalına nəzarəti itirdiyini düşünür
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət edib - FOTO
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
Həsən Həsənov: Ermənilər tərəfindən alban məbədlərinin saxtalaşdırılması halları çoxdur - FOTO
30 Sentyabr 2022 16:48
2 660
Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar.
Bunu Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm".