Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir
Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
10 Oktyabr  2022 14:24
2 618
Kiyevdə xəsarət almış vətəndaş və soydaşlarımız barədə səfirliyə məlumat daxil olmayıb.
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, səfirliyin binasına hər hansı zərbə dəyməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Kiyevdə raket hücumu nəticəsində bir neçə partlayış olub. Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov bildirib ki, Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb.