8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
13 Oktyabr 2022 15:44
5 082
“Bir qrup həmyerlimiz Fransanın ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə çağırış edib”. Bu barədə xalqcəbhəsi.az-a analitik Turab Rzayev deyib. T.Rzayev bildirib ki, fərqli şəhər və bölgələri təmsil edən vətəndaşlarımız olan Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib: "Fransa Senatının üzvləri ölkəmizə qarşı ittihamlar irəli sürüblər və bir sıra qadağaların tətbiqi üçün hazırlanmış qətnamə layihəsini 15 noyabr tarixində müzakirəyə çıxaracaqlar. Bu sənəddə Azərbaycanın ermənilərə qarşı “kütləvi cinayətlər” törətdiyi iddia edilir, erməni köçkünlərinin öz torpaqlarına qayıtmaları, Avropa ölkələrinə neft və qazın idxalına qadağaların qoyulması və digər məsələlər qeyd edilib.
Bütün bu ittiham və qadağalara cavab olaraq biz petisiya yaratdıq və hər kəsi onu imzalamağa çağırırıq!
Məhz indi bizim bir xalq kimi birləşməyimizin vaxtıdır! Biz öz gücümüzü, birliyimizi, nümayiş etdirməliyik! 30 il ərzində ermənilərin bizi elə öz torpaqlarımızda sıxmaqlarına dözmüşük! Atrıq bizim igid oğullarımız həmin torpaqları düşmən işğalından azad ediblər. İndi isə şəhidlərin qanının yerdə qalmasına imkan verməməliyik, bizə qarşı bu cür ittihamlara birlikdə cavab vermək üçün əlimizdən gələni etməliyik!"
Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
https://www.mesopinions.com/.../appel-nom-peuple.../189012
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq”.
Əli