Azad olumuş ərazilərdə elə yerlər var ki, bəlkə 10 dəfə ermənilər tərəfindən yandırılıb - Nazir müavini Siyasət

Azad olumuş ərazilərdə elə yerlər var ki, bəlkə 10 dəfə ermənilər tərəfindən yandırılıb - Nazir müavini

İşğaldan azad olumuş ərazilərdə elə yerlər var ki, bəlkə 10 dəfə ermənilər tərəfindən yandırılıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 60 min hektara yaxın meşə və qeyri-meşə fondu torpaqlarımız məhv edilib.

"Orda demək olar bütün canlılar məhv olub. Bəzi yerlər var ki, çəpərlənməsi nəzərdə tutulur. Böyük qayıdışın tərkib hissəsi də həmin ərazilərin bərpasıdır. Yanğından yaşıllığa devizi altında tədbirlər keçirib, toxumlar səpirik.

Dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Lakin ikili standartlar tətbiq olunduğundan müraciətlərimizə cavab verilməyib", - deyə o əlavə edib.