“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
15 Noyabr 2022 16:25
2 093
“Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri titulundan imtina etməsinə dair məlumatı oxudum. Belə bir qətiyyətli addım təşkilatın öz funksiyalarını ədalətli yerinə yetirə bilməməsinə, ölkəmizə qarşı iyrənc yanaşmasına üsyankar etirazdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, Azərbaycan neçə illərdir YUNESKO-nu işğal altındakı torpaqlarımızda erməni vandalizmini görməyə dəvət etsə də, təşkilat susurdu: “Sanki qulaqları kar, gözləri kor, dilləri lal idi. İndi isə bu qurum öz ideallarını ayaq altına ataraq həyasızlıqla dövlətimizin əleyhinə ədalətsiz, qərəzli fəaliyyətlə məşğuldur. Mehriban xanımın bu qərarı təşkilatın riyakar fəaliyyətinə vurulan ədalətli zərbədir. Eyni zamanda hüquqları pozulan digər ölkələr və xalqlar üçün də həyəcan siqnalıdır. Mehriban xanım tarixdə örnək olan bir ilk yaradaraq dünyada haqqın və ədalətin səsi oldu”.
Əli
30 Dekabr 2025 16:21
1 946
30 Dekabr 2025 16:19
1 939
30 Dekabr 2025 14:53
2 023