“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
24 Noyabr 2022 12:28
2 639
“Azərbaycanın Ermənistanla olan “nə hərb, nə sülh” vəziyyəti çox çəkməyəcək. Ya sülh prosesinə start veriləcək, ya da yenidən müharibə başlayacaq. Azərbaycan hər iki varianta hazırdır”
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini əngəlləməyə çalışır:
“Məsələ uzandıqca, Ermənistan məğlubiyyətdən özünə gəlir. Və revanşistlərin sayı çoxalır. Digər tərəfdən beynəlxalq dəstəyi də artır. Fransa, İspaniya kimi dövlətlər açıq şəkildə erməniləri dəstəkləyirlər. Amma heç nə alınmayacaq. Məsələnin həllinin geci, tezi var. Hesab edirəm ki, Azərbaycanın Ermənistanla olan “nə hərb, nə sülh” vəziyyəti çox çəkməyəcək. Ya sülh prosesinə start veriləcək, ya da yenidən müharibə başlayacaq. Azərbaycan hər iki varianta hazırdır”.
“Azərbaycan “sülh yolu” seçib. Amma bu o demək deyil ki, biz yenə də 10, 20, 30 il oturub gözləyəcəyik. Ermənilər çox böyük səhv edirlər. Azərbaycan ordusu hazır vəziyyətdədir. Ordumuz anti-terror əməliyyatlara başlamaq və Ermənistanla sərhəddə təxribatlara cavab veməyə və onlara məğlubiyyət hisslərin yenidən yaşatmağa hazırdır”- Nizami Verdiyev qeyd edib.
Cavid
30 Dekabr 2025 16:21
2 100
30 Dekabr 2025 16:19
2 086
30 Dekabr 2025 14:53
2 184