“Sanksiyalar Rusiyanı daha da aqressivləşdirə bilər”
20 Noyabr 22:57
20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
20 Noyabr 15:52
Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanları yola salınıb
Pentaqon Ukraynaya mineral istehsalı üçün ayrılan 30 milyon dolları başqa yerə yönəldib
Keçmiş məcburi köçkün: Şəhidlərimizin fədakarlığı sayəsində bu günüləri gördük
"Azərbaycan və region üçün strateji əhəmiyyətə malik tarixi bir mərhələnin şahidi oluruq"
28 Noyabr 2022 17:39
2 226
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqını (Aİ) Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etməsi barədə məlumatlandırıb.
Bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, noyabrın 28-də C.Bayramov Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibertlə görüşüb.
Görüş zamanı, Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.
C.Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
08:24
175
20 Noyabr 19:56
1 148
20 Noyabr 19:24
1 225


