“Sülhməramlı” sükut Siyasət
- 1 Dekabr 2022 08:32
- 1 848
Rusiya sülhməramlılarının ermənilərlə “işbirliyində” olduqları, missiyalarına qazanc mənbəyi kimi baxdıqları kimsəyə sirr deyil.
“Sülhməramlı”ların bu mərəzi isə ta bineyi-qədimdən qalıb.
Xalqımız Rusiya hərbçilərinin və “çinovnik”lərinin bir xeyli hissəsinin rüşvət və eyş-işrət sevdasına yaxşı bələddir. Uzaq tarixdə, yəni çar Rusiyası dönəmində bunu pristavların və irili-xırdalı məmurların, Sovet dövründə, xüsusilə də şər imperiyasının süqutu ərəfəsində Arkadi Volskilərin timsalında sınaqdan keçirib. İndi də Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkovun və tör-töküntülərinin əməllərində müşahidə etməkdədir.
Əslində general-mayor Volkov sülhməramlıların komandanı təyin ediləndə dalağım sancmışdı. Məsələ burasındadır ki, Andrey Volkov Suriyada, Türkiyə ilə həmsərhəd Afrin bölgəsində dislokasiya olunan hərbi kontingentə rəhbərlik edib. Yəni vəzifəsi PKK və YPG terrorçularını himayə etməkdən, Türkiyəyə qarşı təxribatlar törətməkdən, silah satmaqdan ibarət olub. İstisna etmirəm ki, Volkov Suriyadakı missiyasını, müəyyən korrektələr etməklə bu gün də Azərbaycan torpaqlarında davam etdirir. Biznesmen-emissar Ruben Vardanyanın sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə “atılması”ndan sonra isə Volkovun iştahı daha da açılıb və görünür geriyə sələflərindən daha çox “qənimətlə” qayıtmaq həvəsi onu bir xeyli “cəsarətləndirib”.
Azərbaycan Müdafiə Nazirliyi son günlər bir neçə dəfə toponimlərimizin erməniləşdirilməsi ilə bağlı etirazını dilə gətirib, lakin nə Volkovun “pulyuyan Ruben”lə birgə açdığı “piştaxta”sından, nə də Rusiyanın müvafiq dövlət qurumlarından səs, səda çıxmayıb. Sanki “qurbağa gölünə daş atıblar”.
Azərbaycan xalqının öz toponimlərinə kifayət qədər həssas yanaşdığını Rusiyada kifayət qədər yaxşı bilirlər. Andrey Volkov da bilməmiş deyil, şübhəsiz. O zaman bir neçə dəfə təkrarlanan irada və bütövlükdə Azərbaycan xalqının etirazına münasibətdə nümayiş etdirilən etinasızlığın, sonsuz sükutun səbəbi nədir? Səbrimizi sınağa çəkmək istəyirlər? Yaxud gözləyirlər ki, günün birində qapını-bacanı qapadaq və Andreylə Rubeni gəldikləri yerə “göndərək”?!
Bizim səbrimiz çoxdu, amma sonsuz deyil. Hətta qarşılamadıqlarımızı da yola salmağı bacarırıq...
Elçin Mirzəbəyli
- 12:11
- 84
- 12:10
- 126
- 12:10
- 112
-
Ukrayna məhkəməsi keçmiş naziri həbs edib
-
“Ermənistan normal qonşu olmağı öyrənməlidir”
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var
-
“Azərbaycan delimitasiya işini davam etdirmək istəyir”
-
TƏBİB-in direktoru Bakıda poliklinikalarda növbə olmasının səbəbi AÇIQLAYIB
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
“Görülən bütün müsbət işlər eyni zamanda pərdəarxası fəaliyyətin də nəticəsidir”
-
“Ən vacib məsələlərdən biri normallaşmaya gedilməsi və gələcəklə bağlıdır”
-
Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Müdafiə Nazirliyi
-
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi - Kərəm Vəliyev
-
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
-
Blinken çinli həmkarı ilə görüşüb
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
-
Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər
-
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
-
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
-
Mastercard: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir
-
Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi
-
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq
-
Tarixi zəfərimizin əqli mülkiyyətə müsbət təsirləri var - Kamran İmanov
-
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
-
Trampın müşavirləri ABŞ dollarından imtina edən ölkələrə qarşı sanksiyalar barədə düşünürlər
-
Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir
-
Qızıl və gümüş yenidən bahalaşıb
-
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
-
Keçmiş ukraynalı nazir həbs olunub
-
Bakıda evdə meyit tapılıb
-
Azərbaycanda general-mayor vəfat edib
-
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
-
Liftdə köməksiz qalan 1 nəfər xilas edilib
-
NİİM piyadalara müraciət edib
-
QAİ Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
-
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
-
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro
-
Rusiyanın itkiləri artır
-
COP29-un əhəmiyyəti
-
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açılıb
-
Xocavənddə partlayıcı vasitələr aşkar edildi
-
"ABŞ Pekinin inkişafına mane ola bilməyəcək”
-
İcra başçıları və digər rəhbər şəxslərlə görüşmək istəyənlərin nəzərinə - CƏDVƏL
-
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
-
Husilər İsrail hədəflərinə raket atıb
-
Tərtərdə mikroavtobusla minik avtomobili TOQQUŞDU: Xəsarət alanlar var
-
ABŞ Ukraynaya 6 milyard dollarlıq yardıma hazırlaşır
-
Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi
-
Azərbaycan nefti ucuzlaşıb
-
Avtoxuliqanlıq edən sürücülər həbs olundu
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ qırmızı xətti keçməməlidir
-
Tokio, Roma və London ən yeni qırıcının prototipini hazırlamağı istəyirlər
-
Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı - Füzuliyə qayıdan sakin
-
30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır - Füzuliyə qayıdan sakin
-
Vətənimizə qayıtmağımıza çox sevinirik - Füzuliyə qayıdan sakin
-
Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri başa çatır
-
Sevincimin həddi-hüdudu yoxdur - Füzuli sakini
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb